Göyçayda kişi ot tayasından yıxıldı, pres altında qalaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda kişi ot tayasından yıxıldı, pres altında qalaraq öldü

1news Redaksiyası17:25 - 20 / 08 / 2026
Göyçayda kişi ot tayasından yıxıldı, pres altında qalaraq öldü

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər