Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək

First News Media17:54 - Bu gün
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək

Nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi və uçuş tezliyinin (intensivliyinin) artırılması nəzərdə tutulur.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər