Sabahdan Azərbaycanda güclü külək əsəcək -XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Azərbaycanda güclü külək əsəcək -XƏBƏRDARLIQ

1news Redaksiyası17:24 - Bu gün
Sabahdan Azərbaycanda güclü külək əsəcək -XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 2-3-də güclü külək əsəcək.

1news.az xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər