Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırıldı
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
1news.az xəbər verir ki, “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell 1-ci mükafata sahib olub.
“Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü yeri tutub.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
88












