Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina aşkarlanıb

Qafar Ağayev17:20 - Bu gün
Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə sentyabr üzrə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 1news.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 757 piyada əleyhinə mina, 151 tank əleyhinə mina, 4525 digər partlayıcı sursat aşkarlanıb.

Bildirilib ki, 6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər