“Səsimi eşidənlər sonradan üzümü görəndə təəccüblənirlər” – Azərbaycanlı futbol şərhçisi
“İnsanlar futbol şərh edəndə səsimi eşidirlər, sonra nə vaxtsa üzümü görəndə təəccüblənirlər”.
Bu fikirləri 1news.az-a müsahibəsində futbol şərhçisi və idman jurnalisti Ramiz Mirzəzadə deyib.
O, müsahibə zamanı peşə fəaliyyəti ilə bağlı bir sıra maraqlı məqamlara toxunub. Ramiz Mirzəzadə futbol şərhçiliyinin görünməyən tərəflərindən, oyun zamanı futbolçuları necə tanımasından və matçı çaşmadan, fasiləsiz şəkildə şərh etməyin incəliklərindən danışıb.
Müsahibədə həmçinin “Futbolçuları necə tanıyırsınız?”, “Oyun zamanı necə çaşmadan danışırsınız?” kimi maraq doğuran suallara da aydınlıq gətirilib.
Futbol şərhçisinin peşəsinin pərdəarxası məqamları və Ramiz Mirzəzadənin maraqlı açıqlamaları ilə müsahibəni təqdim edirik:
Oksana Orucova
Nadir ibrahimli








