Bakı–Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı–Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

First News Media15:54 - Bu gün
Bakı–Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan Hava Yollarının (AZAL) 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı–Naxçıvan–Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi bölgədə müşahidə olunan meteoroloji şəraitin uçuş əməliyyatlarına birbaşa təsir göstərməsinə səbəb ola bilər.

Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

AZAL-ın məlumatına görə, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən qəbul edilmir. Bu qərarlar marşrut boyunca, eləcə də qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait nəzərə alınmaqla verilir.

Bildirilib ki, belə meteoroloji hallar uçuşların təhlükəsizliyinə ciddi təsir göstərə bildiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər