Mingəçevirdə supermarket əməkdaşları arasında qanlı mübahisə
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.
Bildirilir ki, hadisədə iştirak edən şəxslər supermarket əməkdaşıdırlar.
Onların kafedə yeyib-içdikdən sonra mübahisə etdiyi və hadisənin də orada baş verməsi məlum olub.
Araşdırma aparılır.
70












