Zaqatalada “Niva” teplovozla toqquşub, xəsarət alan var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada “Niva” teplovozla toqquşub, xəsarət alan var - FOTO

1news Redaksiyası13:15 - 31 / 08 / 2026
Zaqatalada “Niva” teplovozla toqquşub, xəsarət alan var - FOTO

Zaqatalada dəmir yolunda qəza olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir yolu keçidindən keçən "Niva" markalı avtomobili teplovozla toqquşub. Nəticədə "Niva"da olan bir nəfər xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər