Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev13:44 - Bu gün
Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24 avqust-30 avqust) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən 1news.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat aşkarlanıb.

Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər