Ukrayna ordusundan əks-hücum: 250-dən çox rusiyalı hərbçi əsir götürülüb
Ukrayna ordusu keçirdiyi əks-hücum əməliyyatı zamanı 250-dən çox rusiyalı hərbçini əsir götürüb.
1news.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andrey Biletski bildirib.
Biletskinin sözlərinə görə, əməliyyat zamanı Rusiya tərəfi ciddi itkilərlə üzləşib. Dronların tətbiqi ilə həyata keçirilən hücumlar nəticəsində 2000-ə yaxın rusiyalı hərbçinin öldüyü bildirilib.
Qeyd olunub ki, bu nəticələrlə “Vivaldi” əməliyyatının üçüncü mərhələsi başa çatdırılıb.
67












