Türkiyə Prezidenti İlham Əliyevə zəng etdi - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Türkiyə Prezidenti İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Qafar Ağayev11:02 - 28 / 09 / 2026
Türkiyə Prezidenti  İlham Əliyevə zəng etdi - YENİLƏNİB

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

***

10:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 27 Sentyabr – Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib.

1news.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərdoğan Anım Günü münasibətilə şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər