Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO

1news Redaksiyası15:10 - Bu gün
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər