Jurnalist Əvəz Zeynallı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalist Əvəz Zeynallı vəfat edib

Qafar Ağayev14:02 - Bu gün
Jurnalist Əvəz Zeynallı vəfat edib

Tanınmış jurnalist, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 56 yaşında dünyasını dəyişib.

1news.az xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Əvəz Zeynallı 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalistin səhhəti ilə bağlı məhkəməyə təqdim olunan tibbi arayışda onun 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi və cəzaçəkmə müəssisəsində müalicəsinin mümkün olmadığı bildirilib.

Hakim Nigar Qədirli Əvəz Zeynallının səhhətini nəzərə alaraq həbsdə saxlanılmasını hüquqi baxımdan düzgün hesab etməyib. 25 aprel 2025-ci ildə səhhəti ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb. Bundan sonra jurnalist bir müddət Türkiyədə müalicə alıb.

Allah rəhmət eləsin!

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər