Bu ərazilərdə su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə su olmayacaq

1news Redaksiyası17:28 - 31 / 08 / 2026
Bu ərazilərdə su olmayacaq

Hövsanda içməli suyun verilişi müvəqqəti dayandırılacaq.

1news.az xəbər verir ki, Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bildirilib ki, təmir-bərpa işləri səbəbindən 1 sentyabr günorta saatlarınadək Hövsan kəndində içməli suyun verilişi məhdudlaşdırılacaq.

Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilib.

Paylaş:
238

Son xəbərlər

Bütün xəbərlər