Zibillərin vaxtında yığışdırılmamasından şikayət etdi, qabı yığışdırdılar
Xətai rayonunun Mehdi Mehdizadə küçəsində zibil qablarının gec-gec təmizlənməsi ilə bağlı müraciət edən bloger-urbanist Anar Əliyevin şikayəti maraqlı nəticələnib.
1news.az xəbər verir ki, “İnsan yönümlü şəhərlər” (“City4People”) layihəsinin təsisçisi Anar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, küçədə zibil qablarının vaxtında təmizlənməməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət edib.
“Çıxış yolu belə oldu: zibil qabını sadəcə yığışdırdılar”, - deyə Anar Əliyev qeyd edib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq, cavab verildikdə, yazıya əlavə olunacaq.


54












