Lənkəranda evdən külli miqdarda pul oğurlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda evdən külli miqdarda pul oğurlanıb - FOTO

First News Media15:40 - Bu gün
Lənkəranda evdən külli miqdarda pul oğurlanıb - FOTO

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb.

1news.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər