6 nəfər Azərbaycan dövlət sərhədini saxta pasportla keçməyə cəhd edib
Azərbaycan dövlət sərhədini avqust ayında 6 nəfər saxta pasportla keçməyə cəhd edib.
Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.
Həmçinin qeyd olunub ki, hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 317 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 764 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
66












