Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluğa qarşı mübarizəyə maneələr yaradır
“Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır”.
1news.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
Dövlət başçısı bildirib ki, xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur.
“Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır”, - İlham Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalıdır.
“Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”, - dövlət başçısı bildirib.












