Türkiyədə lisey yaxınlığında silahlı hücum – 1 ölü, 11 yaralı, saxlanılanlar var - YENİLƏNİB
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəb yaxınlığında baş verən silahlı insident nəticəsində bir şagird ölüb, xəsarət alanların sayı 11-ə çatıb.
1news.az xəbər verir ki, İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verən silahlı hücum zamanı 11 şagird xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun valideynləri və babasının da polis tərəfindən saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
10:16
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib, hadisə zamanı şagirdlərin yaralandığı bildirilir.
1news.az Hürriyet.com.tr-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
İlkin məlumata görə, kimliyi hələ müəyyənləşdirilməyən şəxs naməlum səbəbdən məktəbin qarşısında ətrafa silahla atəş açıb.
Silah səslərindən sonra ərazidə panika yaşanıb. Hadisə ilə bağlı 112 Təcili Çağrı Mərkəzinə şagirdlərin yaralandığı barədə məlumat daxil olub.
İnsidentlə əlaqədar əraziyə çox sayda polis və təcili tibbi yardım əməkdaşı cəlb edilib. Polis məktəbin ətrafında təhlükəsizlik tədbirləri görərək araşdırmaya başlayıb.
Hazırda hücumu törədən şəxsin kimliyi, hadisənin səbəbi və yaralanan şagirdlərin səhhəti barədə əlavə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma davam edir.










