Havada toz müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada toz müşahidə olunur

First News Media11:37 - Bu gün
Havada toz müşahidə olunur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan 1news.az-a verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər