Polislərə silahlı müqavimət göstərən axtarışda olan zərərsizləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Polislərə silahlı müqavimət göstərən axtarışda olan zərərsizləşdirildi

Qafar Ağayev11:52 - Bu gün
Polislərə silahlı müqavimət göstərən axtarışda olan zərərsizləşdirildi

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər