Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

1news Redaksiyası09:38 - 03 / 09 / 2026
Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, aşkar edilmiş qaz sızmalarının ləğv olunması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər