Cəlilabadda 18 kiloqramdan çox narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda 18 kiloqramdan çox narkotik aşkarlanıb

First News Media15:14 - Bu gün
Cəlilabadda 18 kiloqramdan çox narkotik aşkarlanıb

Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər