Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı

First News Media15:15 - Bu gün
Tələbələrə nəqliyyat ödənişlərində yeni bonus imkanı

TələbəPlus kart istifadəçiləri üçün yeni bonus imkanı təqdim olunub.

1news.az xəbər verir ki, artıq tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10 faiz bonus əldə edə biləcəklər.

Yeni imkan həm fiziki TələbəPlus kartı ilə, həm də QR ödənişləri zamanı keçərlidir.

Beləliklə, ilin sonunadək tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10 faizini bonus şəklində geri qazana biləcəklər. Bonusun əldə edilməsində gündəlik say limiti tətbiq olunmur.

Bilik Günü münasibətilə təqdim olunan kampaniya tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına imkan yaradır.

Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən təqdim olunan TəhsilPlus kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər mövcuddur. TəhsilPlus istifadəçiləri "City Card” və BakıKart üzrə QR ödənişlərində 10 faiz endirim əldə edə bilirlər.

TələbəPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart sahibləri nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanlarından da faydalana bilirlər.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər