ADMİU-nun birinci kurs tələbələri hədələndi – DİN hərəkətə keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

ADMİU-nun birinci kurs tələbələri hədələndi – DİN hərəkətə keçdi

First News Media14:10 - Bu gün
ADMİU-nun birinci kurs tələbələri hədələndi – DİN hərəkətə keçdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.

1news.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.

Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər