Putinə Konstantinovka ilə bağlı məruzə edən general Ukraynada öldü | 1news.az | Xəbərlər
Dünya

Putinə Konstantinovka ilə bağlı məruzə edən general Ukraynada öldü

Qafar Ağayev13:33 - Bu gün
Putinə Konstantinovka ilə bağlı məruzə edən general Ukraynada öldü

Rusiyanın general-mayoru Anton Qrunis Ukraynada ölüb.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov açıqlama verib.

Onun sözlərinə görə, Anton Qrunis Rusiya ordusunun 4-cü əlahiddə qvardiya motoatıcı briqadasına rəhbərlik edib.

Qrunisin komandiri olduğu briqadanın hərbçiləri Ukraynanın Konstantinovka şəhərinin ələ keçirilməsində iştirak edib. Rusiya tərəfi şəhər üzərində nəzarətin iyulun 3-də təmin edildiyini açıqlayıb. Bundan sonra Qrunis Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkanın ələ keçirilməsi ilə bağlı məruzə edib.

Avqust ayında Anton Qrunisə Rusiyanın ən yüksək fəxri adlarından biri olan “Rusiya Qəhrəmanı” adı verilib. O, bu ada hərbi xidmət zamanı göstərdiyi “igidlik və qəhrəmanlığa görə” layiq görülüb.

Qrunisə general-mayor hərbi rütbəsi 2024-cü ilin mayında verilib.

Rusiya mediasının məlumatına görə, Vladimir Putin daha əvvəl çıxışlarından birində adını açıqlamadığı briqada komandirindən danışarkən məhz Qrunisi nəzərdə tutub. Putin həmin hərbçinin Kazanda doğulduğunu və “əla döyüşdüyünü” bildirib.

Anton Qrunisin hansı şəraitdə və hansı səbəbdən öldüyü olduğu barədə məlumat açıqlanmayıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər