Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edir

First News Media10:18 - Bu gün
Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edir

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər