Cəlilabadda avtomobil transformatora çırpıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda avtomobil transformatora çırpıldı

1news Redaksiyası14:43 - 21 / 09 / 2026
Cəlilabadda avtomobil transformatora çırpıldı

akı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında “Rizvan” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

15-BU-070 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı elektrik transformatoruna çırpılıb. Zərbənin təsirindən maşının arxa hissəsi havaya qalxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər