Səyyad Aran səhiyyə nazirini tənqid etdi, Nazirlikdən cavab gəldi | 1news.az | Xəbərlər
Cəmiyyət

Səyyad Aran səhiyyə nazirini tənqid etdi, Nazirlikdən cavab gəldi

Qafar Ağayev14:48 - Bu gün
Səyyad Aran səhiyyə nazirini tənqid etdi, Nazirlikdən cavab gəldi

Səhiyyə Nazirliyi Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə naziri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

1news.az xəbər verir ki, nazirlikdən deputatın fikirlərinə cavab olaraq vətəndaşların qəbulunun müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, vətəndaş qəbulu nazirliyin inzibati binasında keçirilir və bununla bağlı müvafiq məlumatlar Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

“Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - deyə açıqlamada vurğulanıb.

Deputat nə demişdi?

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib ki, nazirlərin qəbul qaydasına etiraz edirəm, düzgün deyil.

Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur".

"Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir", - deyə deputat bildirib.

Paylaş:
151

Son xəbərlər

Bütün xəbərlər