Zakir Həsənov Pakistanda həlak olan hərbçilərlə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Pakistanda həlak olan hərbçilərlə bağlı başsağlığı verib

First News Media12:27 - Bu gün
Zakir Həsənov Pakistanda həlak olan hərbçilərlə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında qeyd olunub:

"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi. Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər