Əfv Sərəncamının icrasına başlanılıb - FOTO
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.
1news.az "Report"a istinadən xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.











46












