Bakı Formula 1 həftəsinin həyəcanını yaşayarkən, Özbəkistan brendi “the Burger by Havakand” də start xəttinə çıxmağa qərar verdi - sadəcə, bu dəfə bolidsiz - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Formula 1 həftəsinin həyəcanını yaşayarkən, Özbəkistan brendi “the Burger by Havakand” də start xəttinə çıxmağa qərar verdi - sadəcə, bu dəfə bolidsiz - FOTO

First News Media10:33 - Bu gün
Bakı Formula 1 həftəsinin həyəcanını yaşayarkən, Özbəkistan brendi “the Burger by Havakand” də start xəttinə çıxmağa qərar verdi - sadəcə, bu dəfə bolidsiz - FOTO

Restoranın Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 3 ünvanındakı girişində pilotlara ünvanlanan diqqətçəkən banner yerləşdirilib:

“Dünya çempionları burger üçün pul ödəmir. Sizi gözləyirik - burgerlər bizdən!”

Dəvət olunanların siyahısında ilk sırada dünyanın ən tanınmış və titullu pilotlarından biri - Lyuis Hemilton yer alır.

Özbəkistandan olan fast-casual restoran şəbəkəsi, daha əvvəl Qazaxıstan bazarına çıxaraq, bununla da Qafqaz regionuna daxil olduğunu elan edib. Şəbəkənin regiondakı ilk məkanı isə məhz Bakı oldu.

“Biz Bakıya ekspansiyaya təxminən bir il əvvəl hazırlaşmağa başladıq və bazarı uzun müddət ərzində ətraflı analiz etdik”, - deyə Erqaşev Bahodir, baş menecer bildirir. - “Bu, bizim üçün mühüm başlanğıc nöqtəsidir. Özbəkistan brendlərinin coğrafiyasını tədricən genişləndirmək istəyirik və maraqlıdır ki, bu dəfə plovla deyil, burgerlərlə gəlirik. Bu, bizim üçün bir çağırışdır. Lakin məhsulumuz o qədər keyfiyyətlidir ki, tikinti mərhələsindən etibarən ona maraq yaranmağa başladı: orta hesabla gündə 100-dən çox insan burger almaq üçün məkanımıza gəlirdi. Onların arasında şəbəkəmizi artıq tanıyan Özbəkistan və Qazaxıstan sakinləri də var. Düşünürəm ki, hədəfə dəqiq çatmışıq.”

Özbəkistan restoran bazarı üçün bu, yerli bir brendin ölkə sərhədlərindən kənara çıxmasının və bunu sadəcə franşiza modeli ilə deyil, diqqətçəkən və cəsarətli bir addımla etməsinin nadir nümunələrindən biridir.

Pilotlardan hər hansı birinin bu dəvətə cavab verib-verməyəcəyi hələ məlum deyil. Lakin bir şey artıq bəllidir:  "the Burger by Havakand" diqqəti öz üzərinə çəkməklə ilk böyük qələbəsini qazanıb.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər