Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

1news Redaksiyası10:14 - 29 / 09 / 2026
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

Cəlilabad rayonunda ev yanıb. 

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Qədir Qürbətova məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər