Sumqayıtda yük maşınının vurduğu piyada ölüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin sükanı arxasında olduğu "Mercedes Atego" markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
64












