Bakıda 21 istiqamətdə tıxac var - SİYAHI
Bakının bir sıra əsas avtomobil yollarında hazırda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
-
Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
-
Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;
-
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
-
Bakı-Sumqayıt şosesi – "Xırdalan" dairəsi istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Niyazi küçəsi – "Azneft" dairəsi istiqamətində;
-
Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;
-
Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
-
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
-
Bülbül prospekti – "Sahil" metro stansiyasının qarşısında;
-
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
-
Dənizkənarı küçəsi – Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
-
Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Kənar Dairəvi yol – Yeni Yasamal istiqamətində;
-
Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;
-
Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
-
Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
-
Heydər Əliyev prospekti – köməkçi yol, mərkəz istiqamətində;
-
Neftçilər prospekti – Yusif Səfərov küçəsi istiqamətində.
Sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən nəzərə almaları və mümkün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.












