Yasamal rayonunda içməli su xəttində qəza baş verib
Bakının Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bu barədə 1news.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.
67












