Qaxda sürücülük hüququ olmayan gənc qəza törədib: 17 yaşlı sərnişin ölüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda sürücülük hüququ olmayan gənc qəza törədib: 17 yaşlı sərnişin ölüb - VİDEO

Qafar Ağayev09:39 - Bu gün
Qaxda sürücülük hüququ olmayan gənc qəza törədib: 17 yaşlı sərnişin ölüb - VİDEO

Qaxda sürücülük hüququ olmayan 18 yaşlı gəncin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində 17 yaşlı sərnişin həyatını itirib.

1news.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində baş verib.

Belə ki, şəhər sakini 18 yaşlı Kamran Məmmədov sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 17 yaşlı Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişinlər - Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladıb.

İdarə sürücülük hüququ olmayan şəxslərə avtomobil verilməməsinə və yol hərəkəti qaydalarına ciddi əməl olunmasına çağırıb.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər