Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 şəxs dövlət hesabına təhsil alacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 şəxs dövlət hesabına təhsil alacaq

1news Redaksiyası15:55 - Bu gün
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 şəxs dövlət hesabına təhsil alacaq

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

DİM-dən 1news.az-a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Qeyd edilib ki, əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər