Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində 6 oktyabr 2026-cı il tarixində Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb.
1news.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, layihə çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 33 baş ceyran buraxılıb və hazırda onların sayı təbii artımla birlikdə 100 başa çatıb.
“2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 450 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub”.


64












