DSMF 9 ayda 339 mindən çox vətəndaş müraciətini cavablandırıb
Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 339 446 vətəndaş müraciəti qeydə alınıb.
1news.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 129 188-i pensiya, 88 355-i müavinət, 14 450-si Prezident təqaüdü, 53 390-ı ünvanlı dövlət sosial yardımı, 11 769-u fərdi uçot və sosial sığorta, 937-si dövlət icbari şəxsi sığorta, 41 357-si isə digər istiqamətlərlə bağlı olub.
64












