Zafer Tarıkdaroğlu: Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişləri məmnuniyyətlə qarşılayırıq | 1news.az | Xəbərlər
Siyasət

Zafer Tarıkdaroğlu: Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişləri məmnuniyyətlə qarşılayırıq

1news Redaksiyası14:13 - Bu gün
Zafer Tarıkdaroğlu: Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişləri məmnuniyyətlə qarşılayırıq

Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişləri məmnuniyyətlə qarşılayırıq.

1news.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" çərçivəsində keçirilən panel sessiyada deyib.

O bildirib ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması regionun sabitliyinə və rifahına mühüm töhfə verəcək:

“Barış və normallaşma proseslərində irəliləyiş əldə edilərkən, keçmişdə yaşanan münaqişələrin geridə qoyduğu humanitar nəticələrin də nəzərə alınmasına böyük önəm veririk. Davamlı sülhün təmin edilməsi yalnız gələcəyə yönəlmiş siyasi tənzimləmələrin həyata keçirilməsi ilə mümkün deyil. Keçmişin geridə qoyduğu humanitar məsələlərin də mümkün qədər həll edilməsi böyük əhəmiyyət daşıyır.

Bu baxımdan bu gün burada itkin şəxslər məsələsini müzakirə etməyimiz xüsusi məna daşıyır. Çünki itkin şəxslər məsələsi yalnız keçmişdə yaşanan hadisənin aydınlaşdırılması deyil. Hər bir itkinin arxasında illərlə davam edə bilən qeyri-müəyyənlik və yaxınlarından xəbər gözləyən ailələr dayanır”.

Nazir müavini qeyd edib ki, itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi, ilk növbədə, ailələrin qeyri-müəyyənliyinə son qoyulması baxımından hamının humanitar məsuliyyətidir.

“Bununla yanaşı, bu istiqamətdə atılacaq addımların cəmiyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə və davamlı sülh üçün ictimai zəminin formalaşdırılmasına töhfə verəcəyi də bir həqiqətdir”, - deyə o əlavə edib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər