Hövsanda yolda təmirə görə bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda yolda təmirə görə bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

1news Redaksiyası13:05 - Bu gün
Hövsanda yolda təmirə görə bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Paytaxtın Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Marşrutların fəaliyyət istiqamətləri:

- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;

- 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;

- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər