Azərbaycan neftinin qiyməti 133 dolları ötdü
Dünya bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
1news.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) 1 barelinin qiyməti 8,04 dollar və ya 6,42% artaraq 133,23 ABŞ dollarına çatıb.
Qeyd edək ki, əvvəlki ticarət zamanı Azərbaycan neftinin 1 bareli 125,19 ABŞ dollarına satılıb.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları götürülüb.
67












