İsmayıllıda ev və köməkçi tikili yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda ev və köməkçi tikili yanıb

1news Redaksiyası12:49 - Bu gün
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib.

1news.az report-a istinadən xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.

Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin isə 50 kvadratmetr sahəsi yanğına məruz qalıb. Yanğın zamanı evin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yanğının başvermə səbəbi dəqiqləşdirilir.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər