Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən Rəşad vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən Rəşad vəfat etdi

1news Redaksiyası15:59 - Bu gün
Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən Rəşad vəfat etdi

Ötən il ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev müayinə üçün Bakı şəhərinə gedib.

Lakin yolda onun vəziyyəti anidən pisləşib. Nəticədə, 20 yaşlı gənc vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin oktyabrında Qafqazda regionunda ilk dəfə Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Əməliyyatı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin rəhbərlik etdiyi tibbi heyət icra etmişdi. 

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər