Oktyabr ayı üzrə bütün pensiyalar ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabr ayı üzrə bütün pensiyalar ödənilib

1news Redaksiyası11:53 - Bu gün
Oktyabr ayı üzrə bütün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə 1news.az-a ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər