Rəşid Behbudovun qızı: “Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən kişi olub” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşid Behbudovun qızı: “Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən kişi olub”

1news Redaksiyası12:36 - Bu gün
Rəşid Behbudovun qızı: “Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən kişi olub”

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib.

1news.az xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:

"Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən, fiziki işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları, dişləri çıxarılan bu kişi olub...

Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədəninin nə halda olduğunu gördülər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə xanım xəstəxanada idi, onun yanına buraxılmırdılar.

Bu adam Azərbaycan üçün böyük itki oldu, çox böyük. Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi. Bu gün maestronun ruhu şaddır. Biz qalibik... Allah sizə rəhmət eləsin! Səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan ustad".

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər