“Shahdag Residences and Chalets”: il boyu yaşanılan kurort - FOTO

Azərbaycanda dağ-xizək turizmi çoxdan mövsümi turlarla məhdudlaşmır.
Son illərdə Şahdağ kurortu təkcə xizək sürmək istəyənlər üçün deyil, burada ikinci ev və ya şəhərkənarı iqamətgah axtaranlar üçün də cazibə mərkəzinə çevrilib. Söhbət ildə yalnız bir dəfə deyil, ilin müxtəlif fəsillərində mütəmadi olaraq ziyarət edilə bilən məkandan gedir.
Uzun müddət dağ ətəyindəki daşınmaz əmlak ilk növbədə qış mövsümü ilə əlaqələndirilirdi: ildə bir-iki ay istifadə olunan, qalan vaxt isə boş qalan mənzillər. Lakin bazarda “kurortda yaşamaq” anlayışına yanaşmanın özü tədricən dəyişir.
Getdikcə daha çox layihə dağlıq ərazilərdə sadəcə mənzil deyil, tam dəyərli kurort həyat tərzini təklif edir: öz infrastrukturu, hər gün üçün istirahət imkanları və iqamətgahların təkcə qışda deyil, il boyu istifadə olunacağı imkanı ilə.
Belə layihələrdən biri “Shahdag Residences and Chalets”-dir.
Burada adi bir səhəri təsəvvür edin: dağ mənzərəsi qarşısında qəhvə, bir neçə dəqiqə sonra isə artıq xizək trasındasınız. İqamətgahlar fəaliyyətdə olan dağ-xizək kurortunun bilavasitə ərazisində, hotellərdən və traslardan 5 dəqiqəlik piyada məsafədə yerləşir, yəni yamaca maşınla deyil, piyada getmək olar. Xizək sürdükdən sonra gün “après-ski” (xizəkdən sonra istirahət) formatına keçir: restoran, kamin, ailə və ya dostlarla keçirilən vaxt. Axşam saatlarında isə meydanda və piyada zonasında gəzinti.
Lakin bu gündəlik rejim təkcə qışda işləmir. Yay gələndə o, yox olmur, sadəcə dəyişir: xizək əvəzinə dağ havası, təbiətdə gəzintilər, su əyləncələri. Burada əsas rolu kompleksin ərazisindəki iki göldən biri oynayır: o, qızdırılacaq, yəni sadəcə mənzərənin bir hissəsi deyil, yay gününün ayrılmaz parçası olacaq.
Bütün bunların yalnız kağız üzərində deyil, real həyatda mümkün olması üçün layihə üzərində beynəlxalq mütəxəssislər komandası çalışır və onların hər biri gələcək kurortun ayrıca bir hissəsinə cavabdehdir. Master-plan və memarlıq konsepsiyasını Britaniyanın “Chapman Taylor” bürosu, interyerləri “Belenko Studio”, konstruktiv həlləri “MET Dizayn”, mühəndis sistemlərini isə “IWS” Engineering hazırlayır. Kurortun iqlim və aerodinamika hesablamalarını RWDI aparır, landşaftı DS formalaşdırır, işıqlandırma konsepsiyasını isə LC Studio hazırlayır.
Layihənin developeri yaşayış, kommersiya və otel tikintisi sahəsində fəaliyyət göstərən, beynəlxalq memarlıq və mühəndislik büroları ilə tərəfdaşlıq edən “Prime Core Construction” şirkətidir.
Rəsmi sayt: https://shahdag1700.com/
Instagram - @shahdag1700
Satış məsələləri üzrə: [email protected]
Zənglər / WhatsApp: *0017 | +994 10 117 17 00












