Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

1news Redaksiyası11:19 - Bu gün
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər